ABŞ Dövlət Departamenti Bəhreynə silah satışı barədə sövdələşməni təsdiq edib.
Bildirildiyinə görə, sövdələşmənin dəyəri 3,8 milyard dollardan çoxdur. Nəticədə ABŞ Bəhreynə “F-16” qırıcıları, tank əleyhinə raket və gözətçi katerlər satacaq.
Qeyd olunub ki, silah satışında məqsəd Bəhreynin regional təhlükənin qarşısını almaq və öz müdafiəsini gücləndirmək qabiliyyətini yüksəltməkdir.

Şərhlər