AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida ştatında «İrma» qasırğasının yaxınlaşması səbəbilə, 5,5 milyon sakin təxliyyə olunur.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, insanları yalnız bu yolla xilas etmək olar. Son 100 ildə Atlantikada ən güclü qasırğanın bazar günü səhər tezdən Florida ştatına baş vuracağı və dağıntılara və subasmalara səbəb olacağı gözlənilir.
Hazırdı qasırğa Kubanın şimal ərazilərinə yaxınlaşır. Keçdiyi ərazidə bu təbiət hadisəsi güclü leysana və saatda 250 kilometr sürətli küləyə səbəb olub.


Şərhlər