Menu

Ərdoğan Trampla görüşəcək - Nyu-Yorkda

10.09.2017, 11:45
Ərdoğan Trampla görüşəcək - Nyu-Yorkda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı hər iki lider Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası çərçivəsində bir araya gələcəklərini bildirib.

Türkiyə ilə ABŞ arasındakı strateji tərəfdaşlığa diqqəti çəkən hər iki lider, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və regiondakı sabitliyin artırılması üçün birlikdə işləməyə davam etmənin vacibliyini vurğulayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol