Menu

ABŞ müsəlmanların durumuna görə çox narahatdır

10.09.2017, 13:10
ABŞ müsəlmanların durumuna görə çox narahatdır

"ABŞ Banqladeşə sığınan 270 min arakanlının durumuna görə çox narahatdır. Yardıma ehtiyacı olan insanlara humanitar yardımın çatdırılması üçün bu işdə maraqlı olan tərəfdaşlarımızla çalışırıq". Modern.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert bildirib.

ABŞ rəsmisi Myanmadan qaçaraq Banqladeşə sığınan qaçqınlara humanitar yardım göstərilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, bir müddətdir Myanmanın Arakan ştatında yaşayan müsəlmanlar hökumət qüvvələri ilə buddist rahiblərin zülmünə məruz qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol