Menu

Ukrayna-Polşa sərhədində 100-dən çox adam saxlanıldı

10.09.2017, 20:08
Ukrayna-Polşa sərhədində 100-dən çox adam saxlanıldı

Ukrayna polisləri Polşa ilə sərhəddə, Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvilinin gələcəyinin ehtimal olunduğu "Krakovets" nəzarət-buraxılış məntəqəsində kamuflyaj formasında olan yüz nəfərdən çox adamı saxlayıblar.Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

"Kamuflyaj formasında olan yüzdən çox insan, hansılar ki, Ukrayna-Polşa sərhədinə tərəf hərəkət edirdilər, polis əməkdaşları tərəfindən saxlanılaraq yoxlama üçün müvafiq bölmələrə aparılıblar”, — deyə xəbərdə bildirilir.

Hazırda qanun keşikçiləri saxlananların şəxsiyyətlərini və "Krakovets” buraxılış məntəqəsinə gəlmələrinin səbəblərini müəyyənləşdirirlər.

Yeri gəlmişkən, polislər onlarda qaz balonları, metal əşyalar və start tapançası aşkar ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol