AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Myanmada döyüşlər aparan «Arakan rohincələrinin xilas ordusu» (ARSA) birtərəfli qaydada atəşi dayandırır ki, bölgəyə humaitar yardım çatdırıla bilsin.
Qruplaşmanın «Tvitter»dəki bəyanatında deyilir ki, atəşkəs bazar günündən başlayır və bir ay davam edəcək.
«ARSA maraqlı təşkilatları atəşkəs müddətində etnik və dini mənsubiyyətindən asılı olmayaraq, humanitar böhranın bütün qurbanlarına humanitar yardımın çatdırılması işini bərpa etməyə çağırır» - bəyanatda deyilir.
Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbər verib ki, Myanmada dinlərarası toqquşmaların davam etdiyi iki həftə ərzində 270 min müsəlman-rohincə ölkəni tərk edib. Onların hamısı sığınacaq axtarışı ilə Banqladeş sərhədini keçib, amma burada praktiki olaraq, qaçqınlar üçün yer qalmayıb.
Evsiz-eşiksiz qalmış müsəlmanlar üçün BMT donor ölkələrdən 11,3 milyon dollar vəsait istəyib.


Şərhlər