Menu

Türkiyə Qara dənizdə ada yaradır

11.09.2017, 12:41
Türkiyə Qara dənizdə ada yaradır

Türkiyə Qara dənizdə, Trabzon vilayəti sahillərində ada inşa edəcək.Trend-in məlumatına görə, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

O qeyd edib ki, dənizdə tikilməsi planlaşdırılan körpü iri sənaye üçün nəzərdə tutulub: "Türkiyə ölkənin müxtəlif vilayətlərində daha 5 sənaye şəhərciyinin tikintisində maraqlıdır".

Nazir bildirib ki, sənaye şəhərciklərinin tikintisindən sonra 200-250 milyard dollarlıq illik gəlir əldə olunacağı gözlənilir: "Sənaye şəhərlərinin inşası Türkiyə iqtisadiyyatının artımına, həmçinin xaricdən idxalı azaltmağa imkan verəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol