Menu

“Merkel Krım dilemmasını həll etməyi bacardı”

11.09.2017, 14:56
“Merkel Krım dilemmasını həll etməyi bacardı”

Merkel yarımada tarixini Almaniyanın birləşdirilməsi kontekstində xatırladaraq mürəkkəb Krım dilemmasını həll etməyi bacarıb.Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya kansleri Angela Merkelin Krımla bağlı ifadələrinə cavab olaraq sosial şəbəkədə yazıb.

“Almaniya kanslerinin nə vaxtsa Krım məsələsini götürüb Almaniyanın birləşməsi kontekstində həll edəcəyi heç kimin ağlına belə gəlməzdi. Hərçənd 2015-ci ildə Sergey Lavrov Münhendə Krım referendumundan danışarkən Almaniyanın birləşməsi zamanı heç bir referendum keçirilmədiyini və bizim bu məsələdə fəal tərəfdaş kimi çıxış etdiyimizi bildirmişdi. Yerli publika hövsələdən çıxmış, zala qəzəb dalğası yayılmışdı. İndi isə Krımın tarixini və Almaniyanın birləşməsini xatırlatmaq yanlış bənzətmə olsa da, hər halda, alman tərəfinin mövqeyidir”, - Zaxarova bildirib.

Qeyd edək ki, Angela Merkel Krımın Rusiyaya birləşməsini təsdiqləməklə Almaniyanın birləşmək əvəzinə 2 alman dövlətinin varlığı ilə barışmasının eyni mahiyyət daşıdığını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol