AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ali komisarı Zeyd Raad əl Hüsseyn bəyan edib ki, Myanmada müsəlman-rohincələrə yönəlik situasiya «etnik təmizləmə»nin bir nümunəsidir. İnsan haqları üzrə BMT şurasının 36-cı sesiyasında çıxış edərkən o, qeyd edib ki, vəziyyəti axıra qədər qiymətləndirmək çətindir, çünki Myanma hakimiyyəti ölkəyə hüquq müdafiəçilərinin girişini məhdudlaşdırıb.
«İnsan haqlarının pozulması sahəsində vəziyyəti araşdırmaq üçün Myanma hakimiyyəti ölkəyə girişi təmin etməkdan boyun qaçırdığına görə, vəziyyəti tam qiymətləndirmək olmur, amma bu yanaşma etnik təmizləmənin parlaq bir nümunəsi təsiri bağışlayır» - deyə, əl Hüsseyn bəyan edib.
Onun sözlərinə görə, əgər Beynəlxalq cinayət məhkəməsi qərar versə, Myanmadakı hadisələr bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilə bilər.
O, Myanma hakimiyyətini rohincələrin yaşadığı rayonda əməliyyəatları dayandırmağa və «rohincələr özləri evlərini yandırırlar» kimi absurd bəhanələrdən əl çəkməyə çağırıb.
Bu arada Banqladeşin Prezidenti Əbdül Həmid BMT-nin və ya İslam Əməkdaşlıq Təşkilatının çətiri altında Myanmanın Rakhayn bölgəsindən olan qaçqınlar üçün «təhlükəsizlik zonası» yaradılması təklifi ilə çıxış edib. Hazırda Banqladeşə pənah gətirmiş Myanma qaçqınlarının sayı 300 min nəfər təşkil edir.

Şərhlər