Türkiyədə bu gün ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi son 9 ayda ilk dəfə olaraq 3,40 lirə səviyyəsindən aşağı düşüb. "Report" xəbər verir ki, buna Türkiyənin bu ilin II rübündə 5,1% iqtisadi artım əld etməsi xəbəri səbəb olub.
Qeyd edək ki, sentyabrın 14-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi barədə qərarını açıqlayacaq. Faizlərdə dəyişikliyin baş verməsi gözlənilmir. Bu səbəbdən dolların məzənnəsinin 3,35 TRY/USD səviyyəsinə qədər geriləməsi ehtimal edilir.


Şərhlər