Menu

“İran prezidentinin xəbərdarlığı Qərbə ünvanlanıb"

24.06.2014, 15:57
“İran prezidentinin xəbərdarlığı Qərbə ünvanlanıb"

“Təbii ki, İranın bu xəbərdarlığı Qərbə ünvanlanıb”. Bunu AzPolitika.info-ya açıqlamasında politoloq Rüstəm Məmmədov İran prezidenti Həsən Ruhaninin “Regionda terrorçulara neft pulları ilə kömək edənlərə demək istəyirəm ki, ehtiyatlı olun, sabah sizin də növbəniz çatacaq” müraciətinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Qərb terrorçuluğu dəstəkləyən qüvvə kimi tanınır:

“Hamı bilir ki, terrorçuluğu dəstəkləyən qüvvə Qərbdədir. Lakin burada sual yaranır ki, əgər sifarişçi Qərbdirsə, onu icra edənlər bəs kimlərdir? Deməli icraçılar da elə özləridir? Hesab edirəm ki, burada birmənalı mövqe yoxdur və söhbət yalnız Qərbdən getmir. Çünki mühafizəkar qüvvələr həm Şərqdə, həm Qərbdə, həm keçmiş Sovetlər Birliyində də var. Ona görə də hesab edirəm ki, bu həssas bir məsələni məntiqlə həll etmək lazımdır”.

Politoloq eyni zamanda İran-Azərbaycan münasibətlərindən də danışdı: “İranın Azərbaycana olan münasibəti qeyri-müəyyəndir. Onlar üzdə Azərbaycan tərəfə olduqlarını desələr də, əslində Ermənistanla sıx əməkdaşlıq qururlar. Buna isə haqq qazandırmaq qeyri mümkündür”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol