Azərbaycan diasporunun nümayəndəsi Ramil Caniyevin Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilməsi sərnişindaşıma bazarı uğrunda gedən müharibə ilə əlaqəli olduğu bildirilir.
Baku.ws xəbər verir ki, bu barədə ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb.
Daxili İşlər Nazirliyinin cinayətlə bağlı yaydığı qısa məlumatında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya haqqında qanunvericiliyinin pozulması faktının yoxlanılması üzrə operativ-profilaktiv tədbirlər həyata keçirib.
""Bakinskiy dvorik” kafesində gənc oğlanın qətli və aparılan tədbirlər barədə hələlik bizə heç nə məlum deyil”, - DİN rəsmisi Olqa Şterk deyib.
Hüquq-mühafizə orqanlarındakı mənbə, polis əməkdaşları kafedə sadəcə profilaktik tədbirlər görmədiyini, orada atışmanın da olduğunu bildirib.
"Kafedə olanları üzü üstdə yerə uzatdılar, üzərilərini axtardılar. Daha sonra hamısını polis maşınlarına otuzdurdular. 200 nəfəri tutub apardılar. Hətta ölənin atasını da tutdular”, - deyə mənbə bildirib.
Kafedə ofisiant işləyən Zilya faktı təsdiqləyib.
"OMON hadisə yerinə gəldi, atəş açmağa başladı. Bəzilərini içəri girən kimi döyməyə başladılar”, - deyə Zilya bildirib.
Xatırladaq ki, sentyabrın 8-də Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.
İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.


Şərhlər