«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət borcu tarixi maksimumu - 20 trilyon dolları aşıb.
Dövlət borcunun vəziyyəti barədə gündəlik hesabat ABŞ maliyyə nazirliyinin saytında dərc olunur.
Ötən həftə imzalanmış qanun 3 ay ərzində yeni vəsaitlərin borc alınmasına imkan verir ki, bu da dövlət borcunun 300 milyarddan artıq «şişməsi»nə gətirib çıxarıb.
Məsələn, 15 milyard dollar «Harvi» qasırğasından zərər çəkmiş vətəndaşların ehtiyaclarının ödənilməsinə yönəldiləcək.
Dövlət borcunun sərhədlərinin yüksəldilməsi barədə qanunun qəbulu üçün Prezident Tramp Konqresdəki demokratlarla saziş imzalayıb.

Şərhlər