AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) Krım ərazisində keçirilmiş seçkiləri tanımaqdan imtina edib.
Avropa xarici işlər xidmətinin bəyanatında deyildiyi kimi, «Aİ Krımın və Sevastopolun Rusiya tərəfindən şeyri-qanuni ilhaqını tanımayıb. Ona görə də Krım yarımadası ərazisində seçki keçirilməsini də tanımır. Krımda seçildiyi və yarımadanı (Sevastopolu) təmsil eddiyi iddiasında olan ixtiyari deputat Ukraynaya məxsus bu yarımadanın nümayəndəsi qismində tanınmayacaq».
Bundan əvvəl Krımdakı seçkilərlə bağlı Kiyev də Moskvaya öz etirazını bildirib.


Şərhlər