Menu

BMT TŞ KXDR-a qarşı sanksiyaların çevrəsini genişləndirdi

12.09.2017, 16:44

bmt_tshAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların əhatə dairəsini genişləndirib. Bu barədə qərar Şimali Koreyada keçirilmiş nüvə sınaqlarından sonra qəbul olunub.

Qətnamənin qəbul olunmasının təşəbbüskarı Vaşinqtondur, amma Moskva ilə Pekinin veto qoymaq ehtimalından çıxış edərək, sənədin yekun mətnini bir yumşaltmaq lazım gəlib.

TŞ üzvləri tərəfindən təsdiqlənmiş sənəd bu ölkədən toxuculuq məsullarının ixracının tam qadağan olunmasını, Pxenyan tərəfindən neft məhsullarının satın alınmasının və xam neft idxalının məhdudlaşdırılmasını nəzərdə tutur.

Toxuculuq sənayesi öz həcminə görə, kömürdən sonra KXDR büdcəsinin ixrac bəndi üzrə ikinci sırada dayanır. Əsas alıcısı isə Çindir («BBC»).

Rusiya bu mövqedən çıxış edir ki, gələcəkdə sanksiyaların genişləndirilməsi və davamı ölkədə humanitar böhran yarada bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol