Menu

OPEC neftə tələbatla bağlı proqnozlarını artırıb

12.09.2017, 18:10

OPEC_130308OPEC təşkilatı 2017-ci il üçün neftə olan tələbatla bağlı sentyabr proqnozunu avqust ayı ilə müqayisədə 280 min barel/gün və ya 0,29% artıraraq 96,77 mln. barel/günə çatdırıb.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in sentyabr hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, 2017-ci il üçün neftə tələbatla bağlı proqnoz 2016-cı ilin orta gündəlik tələbatla müqayisədə 1,42 mln. barel/gün və ya 1,49% artacaq.

2018-ci il üçün isə neftə tələbat proqnozu əvvəlki proqnozla müqayisədə 70 min barel və ya 0,07% artırılaraq 98,12 mln. barelə çatdırılıb. Qeyd edək ki, OPEC 2018-ci ildə neftə gündəlik tələbatın 2017-ci illə müqayisədə 1,35 mln. barel və ya 1,4% artacağını proqnozlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol