Həbsdə olan jurnalist Pərviz Həşimli ombudsman Elmira Süleymanovaya müraciət edib.
Bu barədə Moderator.az-ı jurnalistin vəkili Bəhruz Bayramov məlumatlandırıb:
“Pərvizin yanından ndi çıxmışam. Onun saxlanma şəraitindən heç bir narazılığı olmayıb. Ona vaxtaşırı telefon əlaqəsi saxlamaq imkanı verilib. Şüşə arxasından olsa da ailə üzvləri ilə görüşmək üçün şərait yaradılıb. Lakin vəziyyət P.Həşimli Mediaforum saytına müsahibə verdikdən sonra dəyişib. Ondan nə üçün belə bir müsahibə verməsi ilə bağlı izahat alınıb. Dha sonra isə onu 6 günlük karsa salıblar. P.Həşimli isə ombudsman Elmira Süleymanovaya müraciət edib. B.Bayramov bildirib ki, P.Həşimli çox təəssüf edir ki, Mədət Quliyev kimi nüfuzlu bir generalın rəhbərik etdiyi Penitensiar Xidmət öz nüfuzuna xələl gətirən bu cür addımlar atır”.


Şərhlər