Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən qeyri-adi problem üçün kömək istənilib.
FHN-dən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.
Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq üzüyü kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat ötən gecə saat 01:24-də başa çatıb.


Şərhlər