Menu

Ermənistanda ana iki aylıq körpəsinin 420 dollara satıb

13.09.2017, 13:18
Ermənistanda ana iki aylıq körpəsinin 420 dollara satıb

Ermənistanın Aştarak şəhərinin 32 yaşlı sakini, Alvard A. adlı qadın 2 aylıq körpəsini 420 dollara (200 min drama) satıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

İnformasiyaya əsasən, 2016-cı il oktyabrın 4-də Yerevanda Alvard A.-nın oğlan körpəsi dünya gəlib. 2 ay sonra qadın uşağı Karpi kəndinən olan ər-arvada (49 yaşlı Ohsen T. və 36 yaşlı Yepraksiya B.) 200 min drama satıb.

Məlumata görə, hadisə ötən il baş versə də, yerli polis bundan sentyabrın 12-də xəbər tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol