AzPolitika.inf xarici KİV-ə istinadla xəbər verir ki, Myanmanın Arakan ştatında müsəlman-rohincələrin yaşadığı 176 kənd tamamilə boşaldılıb. Ərazidə yaşanan qanlı toqquşmalar səbəbilə, sakinlər qonşu Banqladeşə qaçıblar.
Bu barədə xəbəri «Associated Press» agentliyi yayıb.
Sözügedən rayonda cəmi 471 kənd var. Daha 34 yaşayış məntəqəsində sakinlər öz evlərini tərk etməyə başlayıblar.
Bu arada Myanma bəyan edir ki, rohincələr qeyri-qanuni miqrasiya edirlər, odur ki, əlavə yoxlamalardan keçmədən, onların geri qayıtmasına icazə verilmir.
Bundan əvvəl miqrasiya üzrə beynəlxalq təşkilatın mətbuat katibi Leonard Doyl bəyan edib ki, avqustun 25-dən bəri Myanmada toqquşmaların əhatəyə aldığı ərazilərdən Banqladeşə 370 min qaçqın-rohincə gəlib.


Şərhlər