Menu

Okinava sahillərini "Talim" dərdi bürüdü

14.09.2017, 12:45
Okinava sahillərini "Talim" dərdi bürüdü

Bu mövsümün on səkkizincisi sayılan güclü "Talim" qasırğası hazırda Yaponiyanın Okinava adasının sahillərini təhlükədə saxlayır. Trend-in məlumatına görə, qasırğa güclü külək və leysan yağışları ilə müşayiət olunur.

Qeyd edək ki, bir neçə gün öncə "Talim" qasırğasının yaxınlaşması ilə əlaqədar Tayvanda və Çinin şərqində - Çjeszyan və Fuszyan vilayətlərində yerli sakinlərə xəbərdarlıq edilmişdi.

Meteoroloqlar qasırğanın sürətinin saniyədə 52 metr olacağı barədə bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol