Menu

Nigeriyada vəba tüğyan edir - Ölənlər var

14.09.2017, 18:30
Nigeriyada vəba tüğyan edir - Ölənlər var

Nigeriyada vəba tüğyan edir.

Trend xəbər verir ki, Nigeriya Səhiyyə Nazirliyi ölkədə 375 vəba xəstəliyinə yoluxma faktı qeydə alıb.

Məlumata əsasən, 21 nəfər xəstəlikdən dünyasını dəyişib, 200 nəfər hazırda müalicə olunur.

Su qıtlığına və bəzi ərazilərdə əhali sıxlığına görə vəziyyətin çətinləşdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2017-ci ilin əvvəlindən 34 ölkədə vəbaya yolxuma halı qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol