Menu

"Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək" - Əli Hüseynli

14.09.2017, 14:17
"Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək" - Əli Hüseynli

"Ümid edirik ki, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin apellyasiya şikayətinə ədalətli baxacaq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışında bildirib.

Ümumrusiya Azərbaycan Konqresinin Rusiya-Azərbaycan münasibətlərində gördüyü işlərdən danışan Ə.Hüseynli bildirib ki, ÜAK-ın ləğv olunması ilə bağlı qərar Azərbaycan ictimaiyyətini və Rusiyada yaşayan azərbaycanlıları çox narahat edir: "Ümid edirik ki, ÜAK-ın ləğvi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə ədalətli baxılacaq. ÜAK fəaliyyətini davam etdirəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol