Menu

Moskvada yenə təxliyə - Bu dəfə 3 məktəb

14.09.2017, 14:30
Moskvada yenə təxliyə - Bu dəfə 3 məktəb

Moskvada 3 orta məktəb təxliyə olunub. Trend-in məlumatına görə, buna məktəblərə bomba qoyulması ilə bağlı anonim zənglərin daxil olması səbəb olub.

Məktəblərdə dərhal təxliyə həyata keçirildikdən sonra axtarışlar aparılıb.

Qeyd edək ki, ötən gün Moskvada anonim təhdid zəngləri kütləvi şəkildə qeydə alınıb. Ümumilikdə 100-ə yaxın obyektə bomba qoyulduğu bildirilib. 50 mindən çox adam təxliyə edilib.

Zənglərin heç biri öz təsdiqini tapmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol