Menu

Moskvada Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub

14.09.2017, 16:53
Moskvada Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub

SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyi münasibətilə sentyabrın 14-də Moskvada xatirə lövhəsinin açılışı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, təntənəli açılış mərasimində Rusiyanın dövlət xadimləri, Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Leonid Peçatnikov iştirak ediblər.

Tədbirə mərhum sənətkarın xanımı Tamara Sinyavskaya, Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov, müğənni Emin Ağalarov da qatılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol