Menu

Nazarbayev Suriyadaya sülhməramlıların göndərilməsini istisna etmir

15.09.2017, 10:24

nazarbayevAzPolitika.info Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev Suriyadakı təhlükəsizlik zonalarına sülhməramlıların göndərilməsini istisna etməyib.

«Təhlükəsizlik məsələlərinə dair bizə belə bir sual veilib. Birincisi, bizim Konstitusiyaya görə, biz «qaynar nöqtələr»ə sülhməramlı kontingenti yalnız Parlamentin qərarı əsasında göndərə bilərik. İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə görə, belə qüvvələrin iştirakı nəzərdə tutulmayıb. Amma biz Birləşmiş Millətlər Təşkilatının üzvü kimi, öz hərbçilərimizi oraya iştirak üçün göndərə bilərik» - deyə «Kazaxinform» informasiya agentliyi Prezidentdən sitat gətirir.

Nazarbayev ayrıca bəyan edib ki, Qazaxıstan məsələlərin sülh yolu ilə həllinə tərəfdardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol