AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Parisdə Myanmalı (Birmalı) müsəlman-rohincələrə dəstək mitinqi keçirilib.
«Fiqaro» qəzetinin məlumatına görə, bu məqsədlə Trokadero meydanına 700 nəfərə yaxın insan toplaşıb. Onlar əllərində «Repressiyaları dayandırın!», «Dini nifrətə yox deyirik!», «Birmadakı qırğını dayandıraq!» çağırışları yazılmış plakatlar gəzliriblər.
Aksya iştirakçıları beynəlxalq birliyi vəziyyətə müdaxilə etməyə, Myanma hakimiyyətini isə irqi nifrətə istənilən cəhdi pisləməyə çağırıblar.


Şərhlər