Rusiya hökuməti yanacağa görə aksiz vergisinin yenidən artırılmasını planlaşdırır. Qiymət artımı iki mərhələdə – yanvarın 1-dən və iyulun 1-dən 50 qəpik həyata keçiriləcək.
Bu barədə “Vedomosti” nəşrinə açqılamasında adı çəkilməyən federal məmur bildirib. Onun sözlərinə görə, bu, ilkin qərar olsa da, dəyişdiriləcəyi güman edilmir.
Vergi məcəlləsində göstərilib ki, yanacağa görə aksiz vergisi infilyasiyanın dörd faizi qədər qalxa bilər. Bu isə benzində təxminən 30 qəpik, dizeldə isə 23 qəpik edir.


Şərhlər