Rusiyanın neft şirkəti "Rosneft"in Şimali İraqda qaz boru kəməri tikmək üçün İraq Kürd Regional Rəhbərliyi ilə razılaşdığı açıqlanıb.
"Marja" xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi, 2014-cü ildən bəri Bağdaddakı mərkəzi hökumətdən müstəqil olaraq neft ixrac edir.
"Rosneft" və İraq Kürd Regional Rəhbərliyinin bu gün etdiyi açıqlamada, "Rosneft"in bir qaz kəmərini maliyyələşdirərək bu sahədəki investisiyalarını genişləndirəcəyi bildirilib.
"Reuters"in xəbərinə görə, sazişə yaxın iki mənbə, investisiyaların 1 milyard dolların üzərində olacağını deyib.
İraq Kürd Regional Rəhbərliyi, illərdir büdcə gəlirləri və neft ixracının bölüşdürülməsi məsələsində barışmadığı Bağdad rəhbərliyindən ayrılmaq üçün 25 Sentyabr tarixində müstəqillik referendumuna gedəcək.
"Rosneft" üçün müqavilənin, beynəlxalq miqyasda qaz planlarının reallaşdırması yolunda böyük bir potensiala malik olduğu bildirilir.


Şərhlər