Menu

Millimiz yoxlama oyununda İtaliya yığmasına məğlub olub

18.09.2017, 22:26
Millimiz yoxlama oyununda İtaliya yığmasına məğlub olub

Bu gün Milli Gimnastika Arenasında voleybol üzrə Avropa Çempionatı ərəfəsində Azərbaycan və İtaliya yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Birinci hissə 25:18 hesabı ilə italyanların xeyrinə başa çatıb.

Faiq Qarayevin yetirmələri ikinci hissədə uzun müddət irəlidə olsalar da, sonda İtaliya yığması 25:21 hesabı ilə gedişi öz xeyirlərinə dəyişə bilib.

Üçüncü hissə 26:24 hesabı ilə Azərbaycan voleybolçularının xeyrinə başa çatsa da, dördüncü hissədə italyanlar 25:14 hesabı ilə yenə də irəlidə olublar.

Yoldaşlıq görüşü 3:1 hesabı ilə italyanların qələbəsi ilə başa çatıb. (“Trend”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol