Menu

Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiyada tutuldu

19.09.2017, 10:28
Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiyada tutuldu

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2016-cı ildən Binəqədi rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə dövlətlərarası axtarışa verilmiş Sabit Misir oğlu Həsənov Rusiya Federasiyasında tutulub.

Hazırda onun Azərbaycana ekstradisiyası istiqamətində işlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol