Menu

Yaxın 3 gün ərzində isti hava şəraitinin davam edəcəyi gözlənilir - ETSN

19.09.2017, 14:35

trend_weather_autumn_bulvar_141113_2“Yaxın 3 gün ərzində ölkə ərazisindəki isti və yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, mülayim cənub – şərq küləklərinin üstünlüyü müşahidə olunacaq, havanın temperaturu Bakıda 30 – 35, bölgələrdə 31 – 36, dağlıq ərazilərdə isə 21 – 26 dərəcə arasında dəyişəcək.

G. Məmmədova qeyd edib ki, sentyabr ayında isti və yağmursuz hava şəraitinin müşahidə olunması ölkə üçün xarakterikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol