Menu

Baş redaktorun məhkəməsi başlayıb

19.09.2017, 15:51
Baş redaktorun məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Ata yolu" qəzetinin baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 28-də davam etdiriləcək.

S. Nəsirova Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sürücü kimi işə düzəltmə adı altında dələduzluqda təqsirləndirilir. Onun işində 29 nəfər zərərçəkmiş var.

S. Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol