Menu

Xəstəxanada daha bir müəmmalı ana ölümü

19.09.2017, 16:02
Xəstəxanada daha bir müəmmalı ana ölümü

Sabirabad rayonunda ana doğuşdan sonra ölüb.

"Report"un məlumatına görə, sentyabrın 10-da İmişli rayonunun Qaraqaşlı kənd sakini İranə Usubəli qızı Əzizova doğuş üçün Sabirabad rayon doğum şöbəsinə yerləşdirilib.

İ.Əzizova orada oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra ananın vəziyyəti normal olsa da, qadın bir gün sonra xəstəxanada müəmmalı şəkildə ölüb. Körpənin vəziyyətinin yaxşı olduğu və bu gün xəstəxanadan evə buraxıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol