Menu

Həftə ərzində Rusiyada 200 mindən artıq adam təxliyyə olunub - Telefon terrorçularına görə

19.09.2017, 18:09
Həftə ərzində Rusiyada 200 mindən artıq adam təxliyyə olunub - Telefon terrorçularına görə

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, son bir həftə ərzində Rusiyanın müxtəlif yerlərində 200 mindən artıq insan telefon terrorçularının təxribatçı fəaliyyəti nəticəsində təxliyyə olunub.

Fövqəladə xidmətlərdəki mənbələrə istinadla, xəbəri «RİA Novosti» agentliyi yayıb.

İlkin məlumata görə, guya, 700-dən artıq obyekt «minalanmış» olub.

Dünən Moskvada bir neçə prefektur, ticarət mərkəzləri və restoranlar təxliyyə olunub. Bütün zənglər «yalançı» çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol