Rusiyanın Dövlət Kitabxanasında partlayış təhlükəsi səbəbindən ziyarətçilər və əməkdaşlar təxliyə edilib.
Trend-in məlumatına görə, bu haqda təcili yardım xidmətlərində olan mənbə xəbər verib.
Məlumata görə, bu gün axşam saatlarında kitabxananın binasında partlayıcı qurğu quraşdırıldığı haqda anonim zəng daxil olub.
Hazırda binanın ətrafı nəzarətə götürülüb.


Şərhlər