«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın sabiq kansleri Herhard Şröder əminliklə bildirib ki, Rusiya heç vaxt Krımdan imtina etməyəcək.
«Mən, əvvəlcədən görürəm ki, Rusiya Federasiyasının heç bir prezidenti Krımı ölkənin tərkibindən çıxarmayacaq» - deyə, sabiq kansler «Stern» nəşrinə verdiyi müsahibədə bəyan edib.
Almaniya hökumətinin sabiq başçısı xatırladıb ki, Krım 18-ci əsrdən Rusiya imperiyasını bir hissəsi olub. Onun sözlərinə görə, əgər Berlin yarımadanın hazırkı statusu üzərində təkid etsə, belə mövqe «iki ölkə arasında münasibətləri məhv edəcək və xalqlar arasında düşmənçilik toxumları səpəcək».
Bundan başqa, siyasətçi alman əsgərlərin Litvada - Rusiya ilə sərhddə yerləşdirilməsini pisləyib. Şröder bu addımı səhv və Rusiya ilə Almaniya arasında münasibətlərə neqativ təsir edən addım adlandırıb.
O, xatırladıb ki, əvvəlki kimi Rusiya lideri Vladimir Putinlə domtluq edir və «bu dostluğu davam etdirəcək».
.


Şərhlər