Fransa Prezidenti Emmanuel Makronla Şimali İraq Kürd Muxtariyyatinin lideri Məsud Bərzani arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kürd Muxtariyyətinin Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Makron Bərzanidən referendumun təxirə salınmasını xahiş edib.
Bərzani də öz növbəsində referendumun vaxtında keçiriləcəyini, dialoq kanallarının açıq saxlanılacağını, referendumdan sonra Ərbillə Bağdadın konstruktiv əlaqələrinin qalacağını bildirib.


Şərhlər