Menu

Mingəçevirdə avtoqəza - Xəsarət alan var

22.09.2017, 10:54
Mingəçevirdə avtoqəza - Xəsarət alan var

Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.

Qəza törədən “66 AA 155” dövlət qeydiyyat nişanlı “Mercedes”in Yevlax rayon İcra Hakimiyyətinə məxsus olduğu bildirilsə də, "AzPolitika" dəqiqləşdirib ki, avtomobil icra hakimiyyətinə yox, "Elçin" MMC-yə məxsusdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol