Menu

Xudat sakini qətlə yetirilib

23.09.2017, 21:07
Xudat sakini qətlə yetirilib

Quba rayonunda qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əliməmmədoba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov Samir Ənvərşah oğlu münaqişə zəminində Xudat şəhər sakini 1963-cü il təvəllüdlü Əhmədov Eldar Abdulla oğlunu daşla başına vuraraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol