Menu

Rauf Mirqədirov atasının 40 mərasimində iştirak etmək istəyir

25.06.2014, 18:01
Rauf Mirqədirov atasının 40 mərasimində iştirak etmək istəyir

Bu gün jurnalist Rauf Mirqədirovun vəkilləri onun iyulun 3-də atasının 40 mərasimində iştirakına icazə vermək xahişi ilə Baş Prokurorluğa müraciət ediblər.

Bu barədə Turan-a vəkil Elmar Süleymanov bildirib.

Qeyd edək ki, jurnalistin atası, 84 yaşlı Həbibula Mirqədirov mayın 24-də - mənzillərində axtarış aparıldığı günün ertəsi gün vəfat edib.

Həmin vaxt jurnalisti dəfn və yas mərasimində iştirak etməsi üçün 3 gün müddətinə azad ediblər.

* “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib, Bakıda aeroportda saxlanılıb və ermənilərin xeyrinə casusluqda ittiham edilib.

Aprelin 21-də məhkəmə onu 3 ay müddətinə həbs edib. Jurnalist itthamları təkizb edir, absurd və siyasi motivli hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol