Menu

"Neftçi"yə kömək etmək üçün gəlmişəm" - Rəşad Sadiqov

24.09.2017, 23:21
"Neftçi"yə kömək etmək üçün gəlmişəm" - Rəşad Sadiqov

"Neftçi"nin futbolçusu Rəşad Sadiqov Topaz Premyer Liqanın 6-cı turunda "Qəbələ" ilə oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- "Qəbələ" səfəri çətin olur. İlk hissədə 2 qol buraxmaq bir az pis oldu. Toparlanmaq çətin oldu. 1 qol vurduq, bəxtimiz gətirmədi. Adi səhvlərdən qol buraxdıq. Yaxşı kombinasiyalı hücumla qol vurmadılar. Öz səhvlərimizdən üzüldük. İnşallah komandamız düzələcək. Tərlan Əhmədov bunu bacaracaq. Bunun üzərində çox işləyir.

- "Neftçi"də çatışmayan nədir?

- Psixoloji durum. Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Elə oyunçular olur ki, bu mərhələni aşa bilir. Bu, vacib amildir.

- "Neftçi"yə gəlməyinin səbəbi nə oldu?

- Tərlan müəllim dəvət etdi, mən də gəldim. "Neftçi" üçün bu yerdə olmaq biabırçılıqdır. Kömək etmək üçün gəlmişəm.

- "Zirə"də intizamsızlıq etdin və ayrıldın. Bu barədə nə deyə bilərsən?

- Bu barədə çox danışdıq. Artıq hər şey keçmişdə qalıb. İntizamsızlıq etməmişəm, sadəcə, xarakterlərimiz tutmadı. Sağollaşıb ayrıldıq.

- İlk dövrə başa çatmaq üzrədir. İlk qələbəni qazana biləcəksiniz?

- Qışa qədər xal qazanmağa çalışacağıq. Daha sonra isə avrokuboklara vəsiqə üçün yarışacağıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol