Menu

İnfarkt keçirdiyi deyilən Tovuz sakini Bakıda döyülərək öldürülüb

25.09.2017, 12:08
İnfarkt keçirdiyi deyilən Tovuz sakini Bakıda döyülərək öldürülüb

Bakıda 53 yaşlı şəxs döyülərək öldürülüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1964-cü il təvəllüdlü Novruzov Aydın İbrahim oğlunun Bakıda yaşadığı evdə infarktdan ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Faktla bağlı araşdırmalara başlanılıb və meyit ekspertizaya göndərilib.

Ekspertiza meyitin üzərində döyülmə əlamətləri aşkar edib və məlum olub ki, həmin şəxs döyüldükdən sonra infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol