Menu

İraq və Türkiyə hərbçiləri iki ölkə sərhədində birgə təlimlərə başlayıblar

25.09.2017, 22:04
İraq və Türkiyə hərbçiləri iki ölkə sərhədində birgə təlimlərə başlayıblar

İraq və Türkiyə hərbçiləri iki ölkə sərhədində birgə təlimlərə başlayıblar.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

“İraq-Suriya sərhədində iki ölkə hərbçilərinin iştirakı ilə irimiqyaslı təlimlərə start verilir”, məlumatda deyilir.

Qeyd edək ki, bü gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol