Menu

43 yaşlı kişi özünü güllələdi

26.09.2017, 10:18
43 yaşlı kişi özünü güllələdi

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Dostalılı kəndində baş verib.

Kənd sakini, 1974-cü il təvəllüdlü Mübariz Musa oğlu Şahbazov yaşadığı evdə özünü ov tüfəngi ilə güllələyib. M.Şahbazov aldığı güllə yarasından hadisə yerində ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol