Menu

Maliki ABŞ və Türkiyənin çağırışına cavab verdi

25.06.2014, 23:17
Maliki ABŞ və Türkiyənin çağırışına cavab verdi

İraq Baş naziri Nuri əl-Maliki İŞİD-ə qarşı keçid hökumətinin qurulmasının müzakirə mövzusu olmadığını bildirib.

Axar.az xəbər verir ki, Maliki xalqa səslənişi zamanı keçid hökumətinin yaradılmasının konstitusiyaya zərbə olduğunu söyləyib.

Maliki ölkə konstitusiyasına qarşı çıxanların İŞİD-lə ittifaqa girdiyini və bəzi qüvvələrin ordunu zəiflətmək niyyətində olduqlarını vurğulayıb.

Qeyd edək ki, ABŞ və Türkiyə Malikiyə İraqın bütün dini və etnik qruplarını təmsil edən bir rəhbərliyə ehtiyacı olduğu barədə mesaj vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol