Menu

ABŞ öz səmasında Rusiya hərbi təyyarələrinin uçuşlarını məhdudlaşdırır

26.09.2017, 22:41
ABŞ öz səmasında Rusiya hərbi təyyarələrinin uçuşlarını məhdudlaşdırır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti ölkə səmasında Rusiya hərbi təyyarələrinin uçuşlarına məhdudiyyətin qoyulduğunu elan etmək niyyətindədir. Bu uçuşlar «Açıq səma müqaviləsi» əsasında həyata keçirilir.

Xəbəri çərşənbə günü «The Wall Street Journal» qəzeti yayıb.

Nəşrin məlumatına görə, bu qərar Rusiyanın öz səmasında uçuşlara məhdudiyyət qoymasına cavab olaraq qəbul edilib.

«Müqavilə 5 min kilometrlik məsafədə üçüşlara icazə verməsinə baxmayaraq, Rusiya Kalininqrad vtlayətində 500 kilometrlik limit tətbiq edib. Nəzərə almaq lazımdır ki, Müqavilə çərçivəsində bu rayonun səmasında 1,2 min kilometrlik uçuş tələb olunmalıdır» - deyə, qəzet Pentaqonun nümayəndəsinə istinadla yazır.

Nəşrin əlində olan inıormasiyaya görə, ABŞ tərəfindən məhdudiyyət Alyaska və Havay samasına yönəlik tətbiq oluna bilər. ABŞ rəsmi olaraq, öz qərarını açıq səma üzrə Məsləhət komissiyasının iclasında elan edəcək.

Açıq səma Müqaviləsi 24 mart 1992-ci il tarixində Helsinkidə imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol