Menu

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

27.09.2017, 00:04
Suriyada Rusiyaya məxsus vertolyot vurulub

Suriya ərazisində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus vertolyot vurulub.

"Report" xəbər verir ki, bu barədə qondarma Suriya Azad Ordusuna aid olan "Ceyş-əl-İzza" qruplaşmasının yaraqlıları məlumat yayıblar.

İddiaya görə, vertolyot Hama əyalətinin şimalında Amerika istehsalı olan "Tow" tank əleyhinə raket kompleksi ilə vurulub.

Məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol