Menu

Bu ölkədə ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

27.09.2017, 00:13
Bu ölkədə ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınların avtomobil idarə etməsinə icazə verilib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, qərar Səudiyyə kralı Salman bin Əbdül Əziz Əs-Səud tərəfindən qəbul olunub.

Yeni qərar 2018-ci ilin iyununda qüvvəyə minəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol