Menu

4 futbol hakimi ömürlük cəzalandı - Cəmi 20 dollar rüşvət almışdılar

27.09.2017, 10:31
4 futbol hakimi ömürlük cəzalandı - Cəmi 20 dollar rüşvət almışdılar

Malavidə 4 futbol hakimi üst-üstə 20 dollar rüşvət aldıqları üçün ömürlük cəzalandırılıb. "Report"un məlumatına görə, bu vəsait "Nçalo Yunayted" və "Çitipa Yunayted" komandaları arasındakı görüşündə nəticənin birincilərin xeyrinə olması məqsədilə verilib.

Lakin hakimlər anlaşma şərtlərini yerinə yetirə bilməyiblər: "Nçalo Yunayted" penaltilər seriyasında uduzub. Bundan sonra klub hakimlərdən pulu qaytarmağı tələb edib. Lakin "ədalət təmsilçiləri" cəmi 15 dollar verə biliblər. Bundan qəzəblənən klub rəsmiləri yerli futbol qurumuna müraciət ediblər.

Qeyd edək ki, Aziz Nyirendanın rəhbərlik etdiyi hakimlər briqadasında Limbani Çisambi, Stefano Qomani və Cimmi Firi yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol